Bizim Tədbirlər 🎁
Haqqimizda 🌍
Birliyin fəaliyyətinin başlıca məqsədi:
Ölkəmizin inkişafı istiqamətində dövlətin apardığı sosial-hüquqi islahatlara dəstək olmaq, aztəminatlı, imkansız ailələrə sosial yardım göstərmək, əhalinin hüquqi maarifləndirilməsinə töhvə verməkdir.
Əhalinin aztəminatlı təbəqələrinin, imkansız ailələrin, xüsusən, şəhid və qazi ailələrinin sosial problemlərinin həllində iştirak etmək, onlara hərtərəfli dəstək olmaq, istedadlı gənclərə, kimsəsiz qadınlara, yetim uşaqlara və uşaq evlərinə, fiziki qüsurlu əlillərə, tənha ahıl qocalara, sosial yardımlar etmək, tələbələrin təhsil, məktəblilərin məktəb ehtiyaclarını qarşılamaq, sosial inkişaf istiqamətində müxtəlif proqram və layihələr hazırlamaq və həyata keçirmək
Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir 📣
Sosial-iqtisadi inkişaf problemləri, hüquqi islahatların dəstəklənməsi üçün ehtiyacların dəyərləndirilməsi, sosial sorgu və araşdırmalar aparmaq, müxtəlif təklif və proqramlar hazırlamaq
Gənclərə sağlam həyat tərzini təbliğ etmək, gənc nəslin sağlam inkişafına kömək etmək, yaradıcı uşaq, yeniyetmə-gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsinə stimul vermək, rəğbətləndirmək, sosial təqaüd və digər dəstəkləyici proqramları həyata keçirmək
Həssas təbəqələrin hüquqi maarifləndirilməsinə kömək etmək, onları yerli qanunvericilik və beynəlxalq hüquqi aktlarla tanış etmək, onlara hüquq və vəzifələrini izah etmək, tələblərinin qanuna uygun olub-olmadığı istiqamətində izahat-maarifləndirməni həyata keçirmək, hüquqi mədəniyyəti aşılamaqdır.
Ölkəmizdə gedən sosial-iqtisadi quruculuq işlərində, xüsusən də, işğaldan azad edilmiş ərazilərimizə vətəndaşlarımzın qayıdışı üçün aparılan bütün sosial-iqtisadi fəaliyyətərdə, yerli əhalinin hüquqi maarifləndirilməsində yaxından iştirak etmək
Rəhbərlik 😇
Zöhrə Həsənova
Təsisçi
Akifə Mövsümova
Təsisçi
Möhtəbər Axundova
Təsisçi
Əlaqə 📲
Mehdi Mehdizadə 29, giriş 1, mərtəbə 3 Bakı, AZ1025, Xətai rayonu,
Elektron ünvan: indo.az@gmail.com; Əlaqə nömrəsi: +994 51 541 80 49