Novruz Xeyriyyə Tədbiri
Hörmətli vətəndaşlar,Sizləri “İnkişafa doğru” İmkansız ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi tərəfindən 24 fevral saat 10:00-dan 18:00-a dək Pasaj Bazarında keçiriləcək Novruz Xeyriyyə Tədbirinə dəvət edirik.Xeyriyyə yarmarkası zamanı uşaqlar üçün müxtəlif əyləncələr və konsertlər keçiriləcək, eyni zamanda lotereya oynanılacaq.Əldə olunan ianələr vasitəsilə şəhid və qazi ailələrinə, aztəminatlı ailələrə, qocalar və uşaqlar evində məskunlaşmış […]
Onkoloji xəstə uşaqlara dəstək məqsədilə şənlik keçirilmişdir.
“İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə” ictimai birliyi (İNDO) tərəfindən onkoloji xəstə uşaqlara dəstək məqsədilə şənlik keçirilmiş və onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə səfər edilib.
“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə ictimai birliyinin üzvləri 27 yanvar 2024-cü il tarixdə Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə səfər etmişlər. Səfər çərçivəsində 5-18 yaş aralığında ümumilikdə 55 nəfərə ehtiyacları üzrə müxtəlif növ geyim, ayaqqabı və ilə təqdim olunmuşdur.
İnDo tərəfindən 20 imkansız ailəyə Bayram Sovqatı təqdim olunmuşdur.
27 dekabr 2023-cü il tarixdə “İnkişafa Doğru” İmkansız ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi (İnDo) tərəfindən 20 imkansız ailəyə Bayram Sovqatı təqdim olunmuşdur.